Gürcüstanda koronavirusa yoluxanların sayı 45 minə çatır
Tbilisi, 3 noyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusu yayılmaqda və bu səbəbdən ölüm hallarının sayı artmaqda davam edir.
Son 24 saat ərzində ölkədə koronavirusa 1943 yeni yoluxma halı qeydə alınıb, 1833 nəfər bu xəstəlikdən müalicə olunub, 20 nəfər ölüb. Koronavirusa yoluxanların ümumi sayı 44 min 522-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib.
Bildirilir ki, koronavirusdan ölüm hallarının 7-si paytaxt Tbilisidə, 5-i Acarıstanda, 6-sı İmereti, 1-i Şidi Kartli, 1-i isə Mtsxeta-Mtianeti bölgəsində qeydə alınıb.
Gürcüstanda koronavirusun qeydə alındığı ilk gündən - fevralın 26-dan bu günədək 362 nəfər pandemiyanın qurbanı olub.
Yoluxma hallarının da çoxu paytaxt Tbilisidə qeydə alınıb - 650 nəfər. Acarıstan bölgəsində 506, İmeretidə 324, Kvemo Kartli - Borçalıda 46, Şidi Kartlidə 100, Quriyada 47, Sameqrelo-Zemo Svaneti və Kaxetidə 200, Mtsxeta-Mtianetidə 39, Samtsxe-Cavaxetidə 4, Raça-Leçxumi və Kvemo Svanetidə 4 fakt qeydə alınıb.
Hazırda ölkədə 15 min 501 aktiv koronavirus xəstəsi var. Onlardan 589-nun vəziyyəti ağır qiymətləndirilir, 281 nəfər süni nəfəs aparatına qoşulub.
Hazırda Gürcüstanda 3080 karantində, 28 min 267 nəfər özünütəcrid şəraitindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]