Gürcüstanda məktəblərin sayının azalması obyektiv səbəblərlə bağlıdır – nazirlik rəsmisi
Tbilisi, 26 iyun, AZƏRTAC
Sovet dövründə və müstəqilliyimizin ilk illərində Gürcüstanda 180-ə yaxın azərbaycandilli məktəb olub. Lakin sonradan bu məktəblərin sayı azalmağa başlayıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Təhsil və Elm Nazirliyinin məsul əməkdaşı Despine Koyava söyləyib.
Onun sözlərinə görə, bu azalma təkcə azərbaycandilli məktəblərdə baş verməyib. Gürcüdilli, eyni zamanda, digər milli azlıqlara məxsus məktəblərin sayında əsaslı dərəcədə azalma qeydə alınıb.
Məktəblərin sayının ən çox azalması 2000-ci ilin əvvəllərindən başlayıb və 2012-ci ilə qədər davam edib.
Nazirlik rəsmisi deyir ki, məktəblərin sayının azalması kadr çatışmazlığı, milli azlıqların öz övladlarını gürcüdilli məktəblərə yazdırması nəticəsində onlara məxsus məktəblərdə şagird sayının azalması, məcburiyyət səbəbindən iki, bəzən üç məktəbin birləşdirilməsi nəticəsində baş verib.
Qeyd edək ki, Gürcüstanda 2000-ci ilə qədər 174 azərbaycandilli məktəb olub. Lakin indi onların sayı 116-ya enib.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
- 04.06.2026 [14:51]
Oğuzda narkomanlığın fəsadları ilə bağlı maarifləndirmə aparılıb
- 04.06.2026 [14:18]
Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir
- 04.06.2026 [13:37]