Gürcüstanda qanunsuz saxlanılan külli miqdarda silah-sursat götürülüb
Tbilisi, 29 dekabr, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda silah-sursat əldə etdiklərinə görə 14 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilir ki, əməliyyat tədbirləri paytaxt Tbilisi ilə yanaşı, Kvemo-Kartli, Şida Kartli, Kaxeti, Raça-Leçxumi, Kvemo Svaneti regionlarında da keçirilib.
Nəticədə 8-i əvvəllər məhkum olunmuş şəxs olmaqla, ümumilikdə 14 nəfər saxlanılıb. Onlardan 1000-dən çox patron, patron sandıqçası, tapança, revolver, avtomat, əl qumbarası, bıçaq və digər silahlar götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxsləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]