GÜRCÜSTANDA QIZIL BAHALANIR
Qızıl birjasının eksperti Xatuna Tkeşelaşvilinin sözlərinə görə, 585 əyarlı 1 qram qızılın qiyməti 18,6 lari (1 dollardan artıq), 999 əyarlı 1 qram qızılın qiyməti isə 31,6 lari təşkil edir. Ekspert ötən ilin dekabrında qızıl məmulatlarının qiymətinin aşağı düşdüyünü xatırladaraq demişdir ki, 2006-cı ilin ilk günlərindən onlar təqribən 3-5 sent bahalanmışdır. Onun fikrincə, bu prosesin davam edəcəyi istisna deyildir.