Gürcüstanın Baş naziri İrəvana gedib
Tbilisi, 25 mart, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə, Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. İ.Kobaxidzenin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşü də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı dünyada və regionda baş verən proseslər, Cənubi Qafqazda davamlı sülhün əldə olunması və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.
Gürcüstanın hökumət başçısının başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]