GÜRCÜSTANIN DƏNİZ SƏRHƏDİNİ POZAN TÜRKİYƏ GƏMİSİ HƏRRACDA SATILDI
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərdə deyilir ki, ötən ilin avqustunda sərhədi qanunsuz keçdiyinə və dəniz naviqasiyası qaydalarını pozduğuna görə Gürcüstan sərhədçiləri tərəfindən tutulan Türkiyənin “Emma” gəmisi aprelin 5-də Potidə hərraca çıxarılaraq, 142 min lariyə (71 min dollar) satılmışdır. Onu Gürcüstanın özəl şirkətlərindən biri almışdır.
Gəmi tutulduqdan sonra üç ay ərzində onun kapitanı və ya sahibi həmin pozuntulara görə 250 min lari (125 min dollar) məbləğində cərimə ödəməli idi. Həmin müddətdə cərimə ödənilməmiş və gəmi hərraca çıxarılmışdır.
Bu, son bir ildə Türkiyənin eyni pozuntulara görə tutularaq, sahibi tərəfindən cərimə ödənilmədiyindən Gürcüstanda hərracda satılan ikinci gəmisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]