Gürcüstanın Müdafiə naziri və NATO-nun generalı regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 23 sentyabr, AZƏRTAC
Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili NATO-nun Avropadakı qoşunlarının komandanı general Todo Uolterson ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, görüşdə regionda gedən proseslər, regional təhlükəsizliyə təhdidlər, Qara dənizdə təhlükəsizliyin təmin olunmasında Gürcüstanın rolu və s. məsələlər diqqət mərkəzində olub.
Gürcüstanın Avroatlantik məkana inteqrasiyası, bu ölkədə beynəlxalq hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]