GÜRCÜSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİXEİL SAAKAŞVİLİYƏ
Hörmətli cənab Prezident,
Gürcüstanın milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, sıx tellərlə bir-birinə bağlı olmuşlar. Bu xoş ənənələr bu gün də müvəffəqiyyətlə davam edərək dövlətlərarası münasibətlərimizin inkişafında, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynamışdır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Səmimiyyətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 may 2009-cu il.