GÜRCÜSTANIN QAÇQINLARIN İŞLƏRİ VƏ MƏSKUNLAŞDIRMA NAZİRİ GEORGİ XEVİAŞVİLİNİN BAKIYA SƏFƏRİ
Səfərdən məqsəd Azərbaycanda qaçqın və məcburi köçkünlərlə əlaqədar görülən işlər, Dünya Bankının vəsaiti hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə həyata keçirilən layihələrin vəziyyəti və bu sahədəki qabaqcıl təcrübə ilə tanış olmaq, fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Azərbaycan Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Fikrət Topçibaşov və Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]