Harris - Tramp debatı sentyabrın 17-si keçirilə bilər
Vaşinqton, 26 iyul, AZƏRTAC
ABŞ-ın vitse-prezidenti Kamala Harrislə keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp arasında sentyabrın 17-də Pensilvaniyada ilk debat keçirilə bilər. AZƏRTAC-ın məlumatına görə, bu barədə “Fox News” məlumat yayıb.
Bu gün Demokratlar Partiyasının real namizədi Kamala Harris Trampa debata hazır olduğunu açıqlayıb. O, eyni zamanda Trampı “ABC News” tərəfindən sentyabrın 10-da təşkil olunması planlaşdırılan debatla bağlı geri addım atmaqda günahlandırıb. Tramp isə “Fox News”un keçirəcəyi debatı üstün tutduğunu deyərək Harrislə 2 debata hazır olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 10-u üçün nəzərdə tutulmuş debat Trampla Bayden arasında baş tutmalı idi.
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]