Hava şəraiti ilə əlaqədar Quba polisləri də gücləndirilmiş iş rejimində çalışırlar
Bakı, 14 yanvar, AZƏRTAC
Hava şəraiti ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildirilib ki, qarlı, şaxtalı havada hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları səfərbər olunub.
Tədbirlər davam etdirilir.