Hava şəraiti ilə əlaqədar Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb VİDEO
Bakı, 30 mart, Elvin Camalov, AZƏRTAC
Hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev deyib.
O bildirib ki, bununla bağlı dənizçilərə xəbərdarlıq edilib. Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb. Onlar sığınacaqlarda, lövbərdə gözləmə mövqeyindədir. Hava şəraiti uyğun olduqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq.