Hazırda Bayıl yamacındakı sürüşmə aktiv fazadadır
Bakı, 10 fevral, AZƏRTAC
Səbail rayonu ərazisində - Bayıl yamacında sürüşmə prosesi yenidən aktivləşib. Hazırda sürüşmə aktiv fazadadır.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, hazırda çatların eni həddindən artıq böyükdür, ərazi demək olar ki, deformasiyaya uğrayıb. Proses hələ də davam edir, vəziyyət ciddi olaraq qalır.
“Bayıl yamacı bildiyimiz kimi sürüşməyə meyilli ərazidir. Ərazidəki sürüşmə ilə əlaqədar təxminən iki ay öncə müvafiq qurumlara məlumat verilib, köçürülmə işləri aparılıb. Hazırda sürüşmənin aktivləşməsinə səbəb dünəndən başlayan yağıntılardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, bir sıra qurumlar ərazidə monitorinq aparırlar. Araşdırmaların nəticəsi yaxın zamanlarda açıqlanacaq”, - deyə Ə.Qaralov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]