Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bakı, 3 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq mayın 6-7-si tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, həmin tarixlərdə əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamət üzrə əlavə reyslə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzilbaşına çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [12:09]
Avro son 17 ayın ən aşağı səviyyəsinə enib
- 05.10.2026 [11:59]