Həkimlər: Silvio Berluskoni ağciyər infeksiyası diaqnozu ilə reanimasiya şöbəsində müalicə olunur
Roma, 6 aprel, AZƏRTAC
Həkimlər xəstəxanada müalicəsi davam etdirilən İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının sədri Silvio Berluskoninin vəziyyətinə dair yazılı açıqlama yayıblar.
AZƏRTAC xəbər verir ki, S.Berluskoninin ağciyər infeksiyası diaqnozu ilə reanimasiya şöbəsində müalicə olunduğu bildirilib.
“Bir müddət əvvəl ona xroniki miyelomonositar leykemiya diaqnozu qoyulub. Yoluxucu vəziyyət də bundan asılıdır. Kəskin leykemiyaya doğru əlamətlər müşahidə edilmir. Müalicə strategiyası ağciyər infeksiyasını sitoreduktiv terapiya ilə müalicə etməkdir”, - deyə professorlar Alberto Zanqrillo və Fabio Cicerinin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, 86 yaşlı S.Berluskoni aprelin 5-də Milandakı “San Raffaele” xəstəxanasına yerləşdirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]