“HƏLAK OLMUŞ TƏRSANƏ İŞÇİLƏRİ” ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Qdansk şəhərinin mərkəzində ucaldılmış “Həlak olmuş tərsanə işçiləri” abidəsini ziyarət etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski 1970-ci ilin dekabrında Qdansk şəhərində baş vermiş tətil zamanı güllələnən tərsanə işçilərinin şərəfinə ucaldılmış abidə önünə əklil qoydular.
Bildirildi ki, Qdansk liman şəhəri olduğu üçün o vaxtkı etiraz aksiyalarının əsas təşəbbüskarları da məhz tərsanə işçiləri olmuşlar.
######
![]() |
![]() |
![]() |


