Hemilton Bakıda “W14” yenilənməsi ilə bağlı gözləntisini açıqlayıb
Bakı, 28 aprel, AZƏRTAC
Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton “Mercedes” komandasının Bakıya gətirdiyi “W14” yenilənməsi ilə bağlı gözləntisini açıqlayıb.
AZƏRRTAC xəbər verir ki, “GP Fans” L.Hemiltonun bununla bağlı sözlərini sitat gətirib: “Bu yeniləmə bizim üçün yeni yolun başlanğıcı olacaq. Mahiyyətcə, bu, həmin maşındır, lakin yeniliklər nail olmaq istədiyimiz hədəflərə çatmaqda bizim yolumuzun bir hissəsi olacaq. Biz yerimizdə saymaq və əldə edilənlərlə kifayətlənmək fikrində deyilik, mövsümün əvvəlində qarşımıza qoyduğumuz məqsədlərə çatmaq istəyirik.
Biz tələsik nəticələr də çıxarmaq istəmirik, amma zavodda müsbət nəticələr verən böyük həcmdə iş görülüb. Doğru istiqamətdə irəliləmək üçün zamana ehtiyac var. Beləliklə, mən ümidliyəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]