HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Mədənçilərin, Energetiklərin, Kimyaçıların və qeyri-peşə sahiblərinin Beynəlxalq Həmkarlar İttifaqları Federasiyasının (İCEM) bu günlərdə Bişkekdə keçirilmiş konfransında Komitənin bir qrup nümayəndəsi də iştirak etmiş, respublikamızda reallaşdırılan beynəlxalq enerji layihələri, işçilərin sosial müdafiəsində həmkarlar təşkilatının rolu barədə məlumat vermişlər. Nümayəndələrimizin çıxışları, təklifləri maraqla qarşılanmışdır.
Noyabrda Bakıda beynəlxalq həmkarlar təşkilatları konfederasiyaları ilə birlikdə “Transmilli şirkətlərdə həmkarlar təşkilatı” və “Həmkarlar ittifaqları və gənclik” mövzularında keçirilən seminarlarda da müxtəlif ölkələrin təmsilçiləri iştirak etmişlər.