HƏMVƏTƏNİMİZ MOSKVADA ONKOLOGİYAYA DAİR DİSSERTASİYA MÜDAFİƏ ETMİŞDİR
Yumşaq toxumalardakı şişlərin müasir metodlarla səmərəli müalicəsinə həsr olunmuş elmi iş Rusiya mütəxəssisləri və alimləri tərəfindən maraqla qarşılanmışdır. Rusiya Onkologiya Mərkəzinin ümumi onkologiya şöbəsində gənc azərbaycanlı alimin dissertasiyasına opponentlik edən tanınmış Rusiya onkoloqları onun elmi işinə müsbət qiymət vermişlər. Dissertasiyanın elmi rəhbərləri tanınmış onkoloq-həkim, akademik Məmməd Əliyev və rusiyalı professor M.Liçintserdir.
Nigar Mehdiyeva 1999-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir, hazırda universitetin onkologiya kafedrasının aspirantıdır. O, N.N.Bloxin adına Rusiya Onkologiya Mərkəzində staj keçmişdir.
Azərbaycanda onkoloji xəstəliklər probleminin aktuallığı və ən yaxşı həkim-onkoloqların çalışdığı Rusiya Onkologiya Mərkəzinə müalicə üçün müraciət edənlərin çox olması göstərir ki, respublikamız üçün bu sahədə mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]