Həmvətənimiz “Saxa Respublikasının əməkdar xalq təsərrüfatı işçisi “ fəxri adına layiq görülmüşdür
Bakı, 8 aprel (AZƏRTAC). Yakutiya neft və qazını ilk kəşf edənlərdən biri olan azərbaycanlı mütəxəssis Rafiq Qafarov Rusiya Federasiyası Saxa (Yakutiya) Respublikasının neft və qaz sənayesi, həmçinin respublikanın sosial-iqtisadi inkişafı sahəsində uzunmüddətli vicdanlı əməyinə görə “Saxa Respublikasının əməkdar xalq təsərrüfatı işçisi “ fəxri adına layiq görülmüşdür.
AZƏRTAC islaminform.com saytına istinadla xəbər verir ki, Yakutiyanın fəaliyyətdə olan Prezidenti E.Borisovun və bu respublikanın əvvəlki prezidenti, hazırda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini V.Ştırovun iştirakı ilə yüksək mükafat həmvətənimizə təqdim olunmuşdur.
Ətraflı məlumatı : http://islaminform.com/node/57.
saytından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]