Həmyerlimiz Rusiya Prezidentinin təşəkkürnaməsi ilə təltif olunub
Murmansk, 1 iyul, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə COVID-19 koronavirus infeksiyasına qarşı mübarizəyə verdiyi töhfəyə, həkimlik borcunu yerinə yetirərkən göstərdiyi fədakarlıq və yüksək peşəkarlığa görə bir qrup tibb işçisi Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi ilə təltif olunub.
“Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayət ictimai təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, təltif olunanlar arasında həmyerlimiz - “Murmansk vilayəti uşaq klinik xəstəxanası” dövlət vilayət büdcə səhiyyə müəssisəsinin üçüncü infeksion şöbəsinin həkim-pediatrı Elana Ağayeva da var.