HƏMYERLİMİZ SAMARADA BACARIQLI FERMER KİMİ TANINIR
AZƏRTAC xəbər verir ki, Rövşən hazırda Samara vilayətinin Bolşeqluşitsk rayonundakı Yujnı sovxozunda uğurla inkişaf edən “Elmir” məhdud məsuliyyətli müəssisəsinin təsisçisi və rəhbəridir.
Elmir Hüseynov deyir ki, pambıqçı ailəsində böyümüşəm. Atam briqadir olub. Ordudan tərxis edildikdən sonra əvvəlcə kommersiya ilə məşğul olmaq istədim. Alma satdım, sənaye mallarının ticarətinə qoşuldum. Nəhayət, əcdadlarımın “çörək ağacına” - torpağa üz tutdum. Vəsait toplayıb iki köhnə traktor aldım. Birinci il icarəyə götürdüyüm 350 hektarda taxıl əkdim. İki ildən sonra artıq 3 min hektar torpağı becərməyə başladım. Hazırda 5.230 hektarda çalışırıq. Bu gün naxırımızda 411 baş qaramal vardır. 200-ə yaxın qoyun saxlayırıq. Düzü, qoyunçuluq daha sərfəlidir. Təsərrüfatımızda altı daimi işçi çalışır. Yaz-tarla işləri zamanı mövsümi işçilər də cəlb edirik. İstehsal etdiyimiz mal ətini vilayət bazarında satır, qoyun ətini isə müqavilə əsasında Samara şəhərindəki restorana veririk. Gəlirimizdən səmərəli istifadə edirik. Qoyun ferması, örtülü xırman tikmişik, iki təzə MT3-82-M traktoru, iki toxumsəpən, günəbaxan səpmək və becərmək üçün iki texnika almışıq. Daha 100 inək almaq barədə danışıq aparırıq.
Həmyerlimiz haqqında Bolşeqluşitsk rayonunda çıxan “Stepnıye izvestiya” qəzetində vaxtaşırı materiallar dərc olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]