HƏR BANKA ORTA HESABLA 16,5 MİLYARD MANAT NİZAMNAMƏ KAPİTALI DÜŞÜR
2004-cü il martın 1-nə Azərbaycanda 45 bank fəaliyyət göstərirdi. Onların 17-si xarici kapitalın iştirakı ilə işləyir. 4 bankda bu kapitalın payı 50 faizdən 100 faizədəkdir, 11-də isə 50 faizdən azdır, 2 bank qeyri-rezident bankların filialı kimi fəaliyyət göstərir.
Martın 1-nə bankların nizamnamə kapitalı 741,9 milyard manat olmuşdur ki, bu da 2003-cü ilin həmin dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.
Nizamnamə kapitalının ümumi məbləğinin 81 milyard manatı dövlət banklarının, 660,9 milyard manatı isə özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə kapitalı 298,1 milyard manat olmuşdur ki, bu da nizamnamə fondunun ümumi həcminin 40,2 faizinə bərabərdir.
Hər banka orta hesabla 16,5 milyard manat nizamnamə kapitalı düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:55]
Orta Dəhliz boyunca 14 terminal tikiləcək
- 30.09.2026 [16:49]
Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub
- 30.09.2026 [16:47]
Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]