HƏR BEŞ AMERİKALIDAN BİRİ PLASTİK ƏMƏLİYYAT ARZUSUNDADIR
Bu, Amerika Kosmetik Cərrahiyyə Akademiyasının (AKCA) keçirdiyi sorğu nəticəsində məlum olmuşdur. AKCA-nın vitse-prezidenti Ceff Knezoviç bildirmişdir ki, sorğuda 18 yaşından 65 yaşınadək 1010 nəfər iştirak etmişdir.
Onun sözlərinə görə, plastik cərrahiyyə əməliyyatından keçməyi planlaşdıranların əksəriyyəti qadınlardır. Kişilərin əksəriyyəti bu ideyaya müsbət yanaşır, lakin yalnız 12 faizi plastik əməliyyata məruz qalmağa hazırdır.
Kişilər arasında əməliyyat keçirilməsinin əsas səbəbi işdə rəqabətə davam gətirmək və böyük peşəkarlıq uğurları qazanmaq üçün daha yaxşı və cavan görünmək arzusudur. Knezoviç demişdir ki, eyni zamanda, kişilərin təxminən 25 faizi arvadının və ya rəfiqəsinin təsiri altında cərrahiyyə əməliyyatına razılaşır.
Sorğu zamanı əməliyyatın keçirilməsinə mane olan çəkindirici amillərin rolu da qiymətləndirilirdi. Amerikalılar üçün əsas maneə əməliyyatın bahalığıdır. Sorğuda iştirak edənlərin 54 faizi bu səbəbdən əməliyyatdən imtina etmişdir.
2005-ci ildə Amerika Kosmetik Cərrahiyyə Akademiyasının üzvləri üz dərisinin dartılmasından tutmuş saçların transplantasiyasınadək 23,6 min plastik əməliyyat keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]