Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər daşında tarix yatan qədim Nuh yurdu – Naxçıvan - REPORTAJ

Bakı, 28 dekabr, AZƏRTAC

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına “Ulu Öndər Heydər Əliyevin izi ilə” turu çərçivəsində mediatur təşkil olunub. Mediaturda AZƏRTAC-ın əməkdaşı da iştirak edib. O, səfərlə bağlı təəssüratlarını oxucularla bölüşür.

Naxçıvan sözün əsl mənasında muzey-abidələr şəhəridir

Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı qədim Nuh yurdu - Naxçıvan qışda sərt iqlimi ilə tanınsa da bizi quru, mülayim havası və aydın səması ilə qarşıladı. Hava limanından şəhərə doğru hər kəsin diqqətini Tarixi İpək Yolunun incisi olan, Kiçik Qafqaz dağlarının Zəngəzur, Dərələyəz silsiləsi ilə mühafizə edilən cahanın nəqşi Naxçıvanın təmiz küçələri, səliqəli binaları, gözəl təbiəti cəlb etdi. Vaxtımızın az, proqramımız zəngin olduğuna görə ilk ziyarətimiz şəhərin mərkəzində yerləşən Heydər Əliyev Muzeyindən başladı. Muzeydən məlumat verildi ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il tarixli 18 fevral sərəncamına əsasən yaradılıb və 1999-cu il mayın 10-dan fəaliyyətə başlayıb.

Muzeydə Ulu Öndər Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin sədri (1991-1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar öz əksini tapıb.

Heydər Əliyev Muzeyinin qarşısında bu il Naxçıvanda ilk dəfə "Snow fest - Qış festivalı" keçirilirdi. Festivalın keçiriləcəyi ərazidə bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb. Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlar nümayiş olunurdu. Festival yanvarın 7-dək davam edəcək.

 

Növbəti ziyarətimiz Hüseyn Cavid məqbərəsi, Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikum (indiki Bəhruz Kəngərli Muzeyi), Naxçıvan Turizm İnformasiya Mərkəzi (Bu bina 1930-cu illərdən Naxçıvan Şəhər Pionerlər Evi kimi fəaliyyət göstərib və Heydər Əliyev burada təşkil olunmuş şahmat, musiqi və dram dərnəklərinin üzvü olub), Əcəmi seyrangahında yerləşən Heydər Əliyev büstü, "Xan sarayı" Dövlət Tarix-Memarlıq Kompleksi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinə oldu.

Üç ölkədə bənzəri olan müqəddəs “Əshab-i Kəhf” mağarası

Səfərin ikinci günü Naxçıvan əhalisinin müqəddəs sandığı yer - “Əshab-i Kəhf” mağarasını ziyarət etdik. Müqəddəs Qurani-Kərimin bu məsələ ilə birbaşa bağlı olan surəsi “Əl-Kəhf” surəsidir. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir. Dünyanın üç yerində - Hindistan, Türkiyə və İordaniyada bənzəri olsa da, müsəlmanların çoxu Naxçıvanda iki dağ arasında yerləşən bu mağaranı ziyarət edirlər. Hər il xarici ölkələrdən yüzlərlə müsəlman bu məkanı ziyarət etmək üçün Naxçıvana axın edir. Müqəddəs Ramazan ayında isə mağaranı ziyarət etmək istəyənlər üçün hətta dünyanın müxtəlif yerlərindən Naxçıvana turlar da təşkil olunur. Hətta el arasında belə bir deyim var ki, “Əshabi-Kəhf”i yeddi il ard-arda ziyarət etmək, Kərbəla, Həcc ziyarətlərinə bərabər tutulur”. Mağaranın müqəddəsliyi xalq arasında yayılmış və bir sira qaynaqlarda əksini tapmış rəvayətlə bağlıdır. Rəvayətə görə, bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bu zülmdən qurtarmaq üçün tək allahlığa inanan bir neçə dostu ilə şəhərdən qaçaraq yaxınlıqdakı mağaraya sığınırlar və onları dərin yuxu aparır. Deyilənə görə, onlar bu mağarada üç yüz il yatırlar. Ayıldıqda isə artıq başqa dövr olduğunu öyrənirlər. İnsanlar bu möcüzəvi hadisəni bildikdən sonra mağaraya doğru axışırlar. Bundan qorxuya düşən Təmirxan və dostları Allahdan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur.

Mağarada üzərində gözəl nəstəliq xəttilə, ərəb dilində yazı həkk edilmiş daş qoyulub. Həmin daşın ortasında Qurandan "Əshab-i Kəhf" surəsinin bir neçə ayəsi eynilə köçürülüb, daşın ətrafında isə Naxçıvan hakimi, Kəngərli tayfasından olan Xuda- qulu xanın xələfi Şükrulla xan hicri 1190-cı il səfər ayında (mart, 1776-cı ildə) atası, Naxçıvan hakimi Xudaqulu xanın şərəfinə sözlər yazdırmışdır. Daş üzərindəki ərəb dilində yazı ilk dəfə Seyidağa Onullahi tərəfindən oxunub. Türkiyə alimləri Əshab-i Kəhfin Anadolu ərazisində yerləşdiyini iddia edir. Lakin Quranda günəş çıxarkən mağaranın sağ tərəfindən, batarkən sol tərəfindən şüa salması, indi də haqqında bəhs etdiyimiz mağarada həmin vəziyyətin mövcud olması, 220 il bundan öncə həmin mağarada üzərində "Əshab-i Kəhf" surəsindən bir neçə ayənin ərəb dilində yazılıb həmin mağaraya qoyulması, mağaranın quruluşu, görünüşü - bütün deyilənlər bizə qəti fikir söyləməyə imkan verir ki, Əshab-i Kəhf Naxçıvan şəhəri yaxınlığındakı mağaradır.

Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarətdir, o cümlədən burada çoxlu ağac və kollar da vardır.

Bundan əlavə, "Əshabi-Kəhf"də ən çox ziyarət edilən, zəvvarların niyyət edib gəldikləri yer "Damcıxana"dır. Elə ona görə də, bura qədimdə "Damcılı Mağara" adı verənlər də olub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb, zəvvarlar üçün şərait yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür.

Tarixi qoynunda yaşadan diyar - Ordubad

Ulu Öndərin “Azərbaycanın incisi” statusunu illərdir qoruyub saxlayan Ordubad qədimliyinə, özünəməxsus memarlığına görə Naxçıvan Muxtar Respublikasında turistlərin marağını cəlb edən qədim yerlərdəndir. Ordubad Muxtar Respublikanın böyüklüyü və əhəmiyyətinə görə ikinci böyük şəhəridir. Qədim məscidləri, hamamları, tarixi-mədəni abidələri, bulaqları, daş döşənmiş məhəllələri, bir neçə yüz il yaşı olan çinar ağacları, dadı damaqda qalan meyvə-tərəvəzləri və qonaqpərvər insanları ilə məşhur olan Ordubad zəngin turizm potensialına sahibdir. Ordubad gözəlliyinə, relyefinə, qədimliyinə görə daha çox Şəki şəhərini xatırladır.

Mərkəzdən axan Ordubadçay şəhəri iki hissəyə bölür. Zəngəzur dəhlizinin ən önəmli ərazisi olan rayonun sərt kontinental iqlimi var. Yayda Naxçıvanın ən sərin yeri hesab olunsa da, qışı çox sərt keçir. Ordubad memarlıq üslubu və 100-dən çox tarixi-arxeoloji abidələrinə görə 1977-ci ildə Qoruq şəhər elan edilib.

Səfəvi hökmdarı I Şah Abbas dövrünün yadigarı olan və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərkən qədim yurd yerinin tarixinə şahidlik edirik. Ordubad şəhərinin mərkəzində yerləşən Qeysəriyyə XVII əsrə aid ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsidir. Qeysəriyyə sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın üç yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubad şəhərlərində. Hazırda ən görkəmlisi və abadı Ordubaddakıdır. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. Ən qədim eksponat bizim eramızdan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit daşları, 32 ədəd Quran cüzləri əl ilə yazılıb.

Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi ilə üzbəüz Ordubad Cümə məscidi və ya Şah Abbas məscidi yerləşir. Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVII əsrə aid tarixi məscid binasıdır. I Şah Abbasın fərmanı ilə Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda inşa edilmiş məscid, Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscidin memarlıq görkəmi 17-18 əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx-xətti ilə farsca beş sətirlik fərmanı həkk edilib. Bu fərman Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. Lakin məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-1903-cü ildə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun XII-XIII əsrlərdə tikildiyi aydın olur. Cümə məscidinin cənubundakı meydanda vaxtilə karvansaralar, dükanlar olub. Bu meydanla məscid sahəsi o vaxtlar vahid mərkəzi kompleks təşkil edirdilər. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Bina, qumdaşı ilə üzlənmiş hündür qaya üzərində inşa edilmişdir ki, bu da onun süni stilobat üzərində tikilməsi effektini yaradır. Bir sözlə, tarix dadlı mətbəxi, başdan-başa canlı tarixi olan Ordubada səxavətli davranıb.

Təbii ki, Zəngəzur dəhlizi açıldıqdan, Azərbaycanın digər bölgələri ilə Naxçıvanın quru əlaqəsi bərpa olunduqdan sonra bu bölgəyə turist axını daha da artacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib