HƏR İL 1,5 MİLYON AMERİKALI DƏRMANLA YANLIŞ MÜALİCƏNİN QURBANI OLUR
Tibb mütəxəssislərinin apardığı tədqiqatda deyilir: “Tibb preparatlarının təkcə xəstəxanalarda yalnış tətbiqinin nəticələri ilə mübarizə üçün təqribən 3,5 trilyon dollar xərclənmişdir, özü də burada gəlir itkiləri, əmək qabiliyyətinin aşağı düşməsi və müalicə üçün əlavə xərclər nəzərə alınmır”.
Təqiqatçıların məlumatına görə, ABŞ xəstəxanasında hər bir pasientin müalicəsi zamanı gündə, orta hesabla, bir “medikamentoz” səhvə yol verilir.
1996-cı ildə Kolorado ştatının inzibati mərkəzi Denverin xəstəxanalarından birində baş vermiş hadisə hesabatda göstərilən həkim səhvlərinə ən bariz misallardan biridir. Yenicə doğulmuş uşaq ona nəzərdə tutulduğundan 10 dəfə çox penisillin vurulması nəticəsində ölmüşdür. Uşağa bu dərmanla müalicə kursu təyin edilmişdi, çünki həkimlərdə şübhə vardı ki, o, anasından siflisə yoluxmuşdur. Lakin tibb işçiləri özlərini zəhmətə salmamaq üçün dərmanı uşağın venasına vurmağı qərara almışlar. Meyitin yarılması göstərmişdir ki, həlak olan uşaq tamamilə sağlam idi və təyin edilmiş müalicəyə ehtiyacı yox idi.
Bu hadisə təsdiqləyir ki, dərmanla yanlış müalicə, bir qayda olaraq, konkret həkimin səhvinin və ya ayrıca bir mərhələnin işindəki nöqsanın nəticəsi deyildir. Səhvlərə ən çox resept yazılarkən və dərman tətbiq edilərkən, xəstələri müşahidə zamanı, habelə müxtəlif dərman preparatlarının bir-birilə qarşılıqlı reaksiyası düzgün təyin olunmadığı vaxt yol verilir.
Mütəxəssislər bu cür həkim səhvlərinin azaldılması üçün zəruri tədbir kimi əl ilə doldurulan reseptlər əvəzinə, onların yazılmasının komyuterləşdirilmiş sistemlərinə keçməyi, habelə müalicədə istifadə olunan dərman preparatlarının təsiri və əlavə təsiri barədə xəstələrə tam məlumat verilməsini təklif edirlər.