“HƏR KİV 135 AĞAC ƏKSİN” KAMPANİYASININ TƏŞƏBBÜSKARLARI NÜMUNƏ GÖSTƏRİRLƏR
Bakı, 22 aprel (AZƏRTAC). Milli Mətbuatımızın 135 illik yubileyi münasibətilə “Hər KİV 135 ağac əksin” kampaniyasının təşəbbüskarları - Yevlaxda nəşr olunan “Kür” qəzeti redaksiyasının kollektivi bu nəcib hərəkatda nümunə göstərir.
Qəzet kollektivinin KİV-lərə ünvanlandığı müraciətdə bildirilir ki, ideya müəllifləri artıq redaksiyanın həyətyanı torpaq sahəsini münbitləşdirməklə ərazidə 135 meyvə ağacından ibarət bağ salmışlar. Qeyd edilmişdir ki, hər kütləvi informasiya vasitəsi 135 ağac əkməklə ölkəmizdə vüsət alan ekoloji siyasətə öz töhfəsini verə bilər.
“Kür” qəzeti redaksiyasının kollektivi bu nəcib təşəbbüsün Azərbaycanın bütün kütləvi informasiya vasitələri tərəfindən dəstəklənəcəyinə inamını ifadə etmişdir. Qeyd olunmuşdur ki, milli mətbuatımızın 135 illik yubileyinin cəmiyyətə yaxından çatdırılmasına, onun bütün ölkə miqyasında özünəməxsus tarixə çevrilməsinə yönələn aksiya daha da genişlənəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]