Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi Akademiyada aparılan tədqiqat işləri hərb tariximizin qaranlıq səhifələrinə işıq salır

Hərbi Akademiyada aparılan tədqiqat işləri hərb tariximizin qaranlıq səhifələrinə işıq salır

Bakı, 3 mart, AZƏRTAC 

Bu gün Azərbaycanda bütün elm sahələrinin, o cümlədən hərb tarixi elminin inkişafı istiqamətində sistemli iş aparılır. Bu işə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin tarixçi alimləri də öz töhfələrini verirlər. 2016-cı ilin yanvarında şöbənin tərkibində hərb tarixi qrupu yaradılıb. Qrupa Azərbaycanın tanınmış tədqiqatçılarından biri - ehtiyatda olan I dərəcəli kapitan, tarix elmləri doktoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev rəhbərlik edir. Qrupun tərkibinə şöbənin dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, tarix elmləri doktoru, professor Pərvin Darabadi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, dosent Səbuhi Əhmədov daxildir.

AZƏRTAC qrupun fəaliyyəti, hərb tarixinə dair aparılan tədqiqat işləri və əldə olunan nəticələr barədə Nurulla Əliyevin qeydlərini təqdim edir.

Hərb tarixi qrupu fəaliyyətini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişləri əsasında qurub. Bu istiqamətdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyinin müəyyənləşdirdiyi konkret planların uğurlu icrası hərb tarixi elminin formalaşdırılması və inkişafı sahəsində ötən illərdən başlanan işlərin səviyyəsini yüksəltməyə imkan verib.

Ərazi bütövlüyünü təmin etmək üçün Ermənistanla mübarizə və müharibə aparmağa məcbur olan Azərbaycanın zəngin hərbi-tarixi keçmişinin hərtərəfli və dərindən öyrənilməsi hazırda xüsusi aktuallıq kəsb edir.

Hərb tarixi qrupu tərəfindən aparılan araşdırmalar Azərbaycanda hərb işinin yaranması və inkişafının ən qədim zamanlardan müasir dövrədək olan böyük bir mərhələsini əhatə edir. Qrupumuz ölkə ərazisində mövcud olmuş dövlətlərin apardığı müharibələri və silahlı qüvvələr quruculuğu tarixi kimi məsələləri də öyrənir. Bu sıraya hərb sənəti tarixinə bir-biri ilə sıx bağlı olan strategiya, əməliyyat sənəti və taktikanın icad olunub tətbiq edilmiş müxtəlif növ hücum və müdafiə silah və ləvazimatlarının təkamülü, onların döyüş əməliyyatlarının gedişinə təsiri, eləcə də günümüzə qədər gəlib çatmış möhtəşəm hərbi istehkam qurğuları ilə bağlı araşdırmalar daxildir.

Azərbaycan ərazisində baş vermiş çoxsaylı müharibələrin, onların mahiyyətinin, xarakterinin, yaranma səbəblərinin və törətdiyi fəsadların araşdırılması həmin dövrin konkret tarixi şəraiti nəzərə alınmaqla öyrənilməsini tələb edir. Azərbaycanın siyasi tarixi ilə hərb işi tarixi arasında qırılmaz əlaqə var. Bununla bağlı hərb tarixi elminin araşdırmalarının genişləndirilməsi və istiqamətləndirilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ötən il adyunktura və elm şöbəsi “Heydər Əliyev irsində hərb tarixi məsələləri” mövzusunda ümumrespublika elmi konfransı təşkil edib. Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərb tarixi və ölkəmizdə hərbi quruculuq işləri ilə bağlı fikirləri geniş araşdırmaların obyekti olub və bu irsin öyrənilməsi istiqamətində aktual vəzifələr müzakirə edilib. Həmçinin Azərbaycanın hərb tarixi elminin istiqamətlərini öyrənən alim və tədqiqatçıları əlaqələndirmə şurası yaradılıb və hərb tarixi sahəsində araşdırmaların koordinasiya edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransın nəticəsi olaraq adyunktura və elm şöbəsinin tarixçilərinə əsas diqqətin Azərbaycanın hərb tarixinin öyrənilməsinə dair tədqiqat sahələrinin, ordu quruculuğu tarixinin aktual problemlərinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsinə, o cümlədən qədim və orta əsrlər dövründə hərb işinin yaranması və inkişafı, yeni və ən yeni dövrlərdə hərbi quruculuq problemlərinin tədqiqi məsələlərinə yönəldilməsi tapşırılıb. Ən qədim dövrlərdən indiyədək hərb tariximizin, həmçinin ordumuzun yaranma tarixinin kompleks öyrənilməsi və ümumiləşdirilməsi, problemin Azərbaycan tarixşünaslığı kontekstində araşdırılması qarşıya əsas vəzifə kimi qoyulub.

Tarixşünaslıq sahəsində çalışmış alimlərimiz qısa zamanda bu elmə bir sıra yeniliklər gətiriblər. Ayrı-ayrı tarixi dövlətlərdə hərb tarixinə aid elmi tədqiqatların nəticəsi olan monoqrafiyalar, kitablar, məcmuələr, dərsliklər və dərs vəsaitləri nəşr etdiriblər.

“Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” (biblioqrafik göstərici), “Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri”, “Azərbaycanın qədim və orta əsrlər hərb tarixi" kitabı, “Azərbaycanın hərb tarixi.1-ci hissə” (Azərbaycanda qədim dövrdə hərbi tarixi hadisələri) monoqrafiyası (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub, üç proqram hazırlanaraq çap edilib. Ordumuzun 100 illiyi ilə bağlı “Azərbaycan ordusunun tarixi” adlı çoxcildliyin beş cildi çapa hazırlanıb. Ötən il Hərbi Akademiyanın adyunktura və elm şöbəsinin tarixçilərinin 19 elmi məqaləsi, metodiki vəsaiti, habelə xaricdə 3 elmi məqaləsi nəşr olunub.

Akademiyamızda hazırlanmış “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” biblioqrafik göstərici respublikanın ali humanitar və xüsusi təyinatlı təhsil müəssisələrinin dinləyiciləri və tədqiqatçı alimlər tərəfindən maraqla qarşılanıb. Biblioqrafiq göstəricinin yüksək elmi-nəzəri səviyyədə hazırlanması Azərbaycan hərb tarixinə aid əsas məsələlərin araşdırılmasını xeyli asanlaşdırır.

Hərbi Akademiyada Azərbaycanın hərb tarixi üzrə elmi və pedaqoji kadrların hazırlığına başlanıb. Akademiyanın adyunkturasına “Hərb tarixi” ixtisası üzrə qəbul imtahanının proqramı tərtib edilib.

Hərb tarixi elminin inkişafı bu sahə üzrə kadrların hazırlanması zərurəti yaradıb. Bu məqsədlə respublikanın aparıcı elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq istiqamətində işlərin aparılması və birgə fəaliyyətin təşkili həyata keçirilib. Hazırda Hərbi Akademiyanın adyunktura və elm şöbəsi respublikada hərb tarixi üzrə axtarışları və araşdırmaları nizamlayan və istiqamətləndirən mərkəzə çevrilib. Bununla bağlı Akademiya rəhbərliyinin təşəbbüsü və göstərişi ilə təşkilatlarla qarşılıqlı elmi fəaliyyətin qurulması və nizamlanması üzrə əməkdaşlıq protokolları və Azərbaycan Tarixi Muzeyi ilə memorandum imzalanıb. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və respublikanın digər elm təhsil müəssisələri ilə iş davam etdirilir.

Bu gün Hərbi Akademiyada aparılan tədqiqat işləri Azərbaycan ordusunun təşəkkülünü və keçdiyi inkişafı yolunu dünyaya çatdırır, hərb tariximizin qaranlıq səhifələrinə işıq salır, obyektiv reallıqları əks etdirən yeni hərb tariximiz yazılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub

Nazir: Azərbaycanla Serbiya arasında imzalanmış sənədlər əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir

Türkiyədəki əcnəbilərin demək olar yarısı İstanbulda və Antalyada yaşayır

Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Rövşən Nur: Azərbaycan incəsənətini beynəlxalq ictimaiyyətə təqdim etməyə çox şadam

Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib

Beynəlxalq Telekommunikasiya İttifaqı intellektual optik şəbəkələrin inkişafı üzrə strategiya təqdim edib

Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir

Antalya hava limanında qalxış zamanı təyyarənin təkərləri yerindən çıxıb

Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-ın Azərbaycanla yeni sahələrdə əməkdaşlıq niyyətini göstərir ŞƏRH

WUF13 Könüllülük Proqramı çərçivəsində təlimlər başlayır

Fuad Nəsirov: Yaradıcılığımın əsas xətti emosiya və milli motivlərdir

Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır

BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə olimpiadada iştirak edəcək

“İncəsənət müəllimlərinin qış məktəbi” başlayıb

Ekspert: ABŞ-Azərbaycan yaxınlaşması müdafiə sənayesi sahəsində birgə layihələrə təkan verə bilər

MDU və AzTU “Azərbaycan İES”də birgə elmi-praktik tədbir keçirib

Azərbaycan mətbəxi Kolumbiyada təqdim olunub

Süni intellektli gələcəyə baxış MƏQALƏ

Bakıda daha bir narkokuryer saxlanılıb VİDEO

Bakıda daha bir narkokuryer saxlanılıb VİDEO

Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Çində “Huawei” şirkətinin son texnoloji yenilikləri ilə tanış olub

V.V.Bartoldun I Türkoloji Qurultayındakı məruzəsində türk-İslam mədəniyyətinə baxış

Qırmızı Bazarda torpaqlar əkin məqsədilə istifadəyə verilir - müraciət qaydaları

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb VİDEO

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olunub

Özbəkistan rəsmisi: Azərbaycanın qida təhlükəsizliyi modeli bizim üçün ən məqbul variantdır

TRIPP layihəsi Azərbaycanın yeni tranzit imkanlarının genişləndirilməsində rol oynaya bilər - ŞƏRH

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib

Cud Bellinqem İngiltərə millisinin cari ildəki ilk oyunlarını buraxa bilər

Ekspert: Ali təhsil müəssisələrində də süni intellekt ixtisasları açılmalıdır

Çexiyada illik inflyasiya səviyyəsi son 10 ilin ən aşağı səviyyəsinə düşüb

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

İradə Həsənova: Ekoloji normaların şəhər planlamasında prioritetə çevrilməsi zəruridir

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın bölgələrinin inkişafına da təsir göstərəcək - AÇIQLAMA

Çindən Azərbaycana göndərilən bağlamalarda gecikmələr ola bilər

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib

Nazirlik: 2018-2025-ci illərdə işlə təmin edilənlərin illik sayı 3,6 dəfə artıb

“Paşa Bank” səhmlərin ilkin kütləvi təklifinə dair tədbir keçirib

UNEC tələbələri risk idarəetməsi üzrə müsabiqənin dünya finalına vəsiqə qazanıblar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşüb

İctimai Birlik sədri: Dövlət sifarişi ilə inşa olunan obyektlərdə əlçatanlıq tələblərinə daha ciddi yanaşma müşahidə edilir

Dövlət orqanlarında 17 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ötən il Ədliyyə Nazirliyinin Aparatına daxil olan 91 mindən çox müraciətə baxılıb

AZAL bayram tətili üçün sərnişinlərə müxtəlif istiqamətlər üzrə seçimlər təqdim edir

AMEA: Ramiz Mehdiyev Akademiyanın həqiqi üzvlüyündən xaric ediləcək

Mark Rütte: Avropanın kollektiv təhlükəsizliyə baxışı dəyişib

Ordubadın 3 kəndində elektrik enerjisinin verilişində fasilə olacaq

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb VİDEO

Dövlət Xidmətinin yaranma günü qeyd edilib

Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb

Orta Dəhliz Avrasiyada regional əməkdaşlığı təşviq edən əsas körpüyə çevrilir

Dəm qazından qorunmaq üçün nələrə diqqət edək?

Hərbi attaşelər HHQ-nin hərbi hissəsində olublar

Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında ikinci yerə çıxıblar

Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib

Tarix, sənət və şəhərsalma ənənəsi: Əcəmi Naxçıvani yaradıcılığına elmi baxış

Nazirlik: Ötən dövrdə 920-dən çox benefisiara xidmət göstərilib

Şuşanın qədim tarixə malik meydan və küçələri – şəhərsalma mədəniyyətinin nümunəsi

Cevdet Yılmaz: Qlobal qeyri-sabitlik fonunda Türkiyənin makroiqtisadi mövqeyi möhkəmlənir

Ekspert: “mygov” platformasına keçid “Rəqəmsal Hökumət 2.0” qlobal konsepsiyasına tam uyğundur

Uşaq müəssisələrində monitorinqlər aparılıb VİDEO

Uşaq müəssisələrində monitorinqlər aparılıb VİDEO

Bakıda separatçılarla bağlı verilən qərar ədalətli məhkəmə prinsipinin bariz nümunəsidir – ŞƏRH

Azərbaycanın güləş yığmalarında yeni məşqçi təyinatları olub

Türk ekspert: Azərbaycan enerji təhlükəsizliyində mühüm oyunçu kimi özünü getdikcə daha aydın nümayiş etdirir

BMU-da “BoostCamp 9” layihəsi başa çatıb

“Böyük Qayıdış”ın möhtəşəm mənzərəsi VİDEO

“Böyük Qayıdış”ın möhtəşəm mənzərəsi VİDEO

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Abşeronda yük avtomobilindən yanacaq oğurlayan şəxs saxlanılıb

Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı

Türk Mədəniyyəti və İrsi Fondu ilə Folklor İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Əlilliyi olan şəxslərin qərar qəbuletmə proseslərinə cəlb olunması inklüziv şəhər modelinin formalaşmasına mühüm töhfə verə bilər - MÜSAHİBƏ

Lahıcda zamanın səsi: 77 yaşlı sakinin radio muzeyi VİDEO

Lahıcda zamanın səsi: 77 yaşlı sakinin radio muzeyi VİDEO

“Baxın kölgəsində” adlı möhtəşəm konsert proqramı təqdim olunub

Qazaxıstan Qırğızıstan ilə ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətindədir

Kilian Mbappe zədəsini sağaldıb

Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında çıxış edəcək

Bağdadda “İraq-türkman dilinin qrammatikası” kitabı təqdim olunub

WUF13-ün Bakıda keçirilməsi ölkəmizin beynəlxalq platformalarda artan rolunun göstəricisidir - ŞƏRH

AQTA-nın nümayəndə heyəti Özbəkistanda Fitosanitar Laboratoriya ilə tanış olub

Azərbaycanın akvamədəniyyət istehsalçıları FAO-nun seminarında iştirak ediblər

Təhlükəsizlik tədbirləri ilə əlaqədar bağlanan Köln-Bonn hava limanı yenidən açılıb

Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələr çox böyük perspektiv vəd edir - ŞƏRH

Türkiyəli alimlər Botanika İnstitutunda olublar

Sumatrada fəlakətdən zərər çəkmiş bütün məktəblərdə dərslər bərpa edilib

“Arzunun ardınca” sənədli filmi nümayiş olunub

"İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası" təsis edilib

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ Konqresində Zəngəzur dəhlizini müzakirə edib

“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında şahmat üzrə çempionat keçirilib

Keçmişin izləri, gələcəyin yaddaşı: “Azərbaycan arxivi 105 (sənədlər, faktlar)”

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

® “Birbank”dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

® “Azercell”in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib VİDEO

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib VİDEO

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?