Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının intensiv ingilis dili kursunda təhsil alanların növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.