Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının təlimləri başlayıb
Bakı, 13 avqust (AZƏRTAC). Avqustun 13-də Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının təlimləri başlayıb. Təlimlər müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə Hava Hücumundan Müdafiə Qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcək.
Təlimlərdə, həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]