Hərbi təhsil sistemi üzrə ekspertlərin işçi görüşü başlayıb
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycanla NATO arasında birgə fəaliyyət planına uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək tədbirdə Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində 2016-cı il üçün planlaşdırılmış fəaliyyətlər müzakirə olunacaq, müdafiə və təhlükəsizlik sahəsini əhatə edən bir sıra mövzular üzrə mühazirələr oxunacaq.