Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi təhsil sistemində islahat tarixi zərurətin nəticəsidir

Hərbi təhsil sistemində islahat tarixi zərurətin nəticəsidir

Bakı, 1 iyun, AZƏRTAC

Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Sonrakı islahat hərbi təhsil sisteminə şamil edilib.

“Azərbaycan Ordusu” qəzetinin müxbiri, Əməkdar jurnalist Rəşid Hüseynov professor, general-leytenant Heydər Piriyevdən hərbi təhsil sistemində islahatların aparılmasının vacibliyi ilə bağlı AZƏRTAC üçün müsahibə alıb. Müsahibəni təqdim edirik.

- Cənab general-leytenant, ordu quruculuğunda hər yenilik islahat deyil, hər islahat yenilikdir, yeniləşmədir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bu tezisə hərbi düşüncənin tezisi də demək mümkündür. Yeniləşmə daha geniş şəbəkəli anlayışdır və ordu quruculuğuna, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu anlamda islahatlar ordu quruculuğunun tərkib hissəsi olmaq etibarilə dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Mahiyyət baxımından ordunun şəxsi heyətinin döyüş, eləcə də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə yönəldilən islahatlar Azərbaycan Ordusunda kəsilməzliklə, dönməzliklə, elmi əsaslarla aparılır. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır. Bu və ya digər islahat həm ayrılıqda (fərdi), həm də vəhdətdə (kompleks) ordunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi ilə nəticələnir. Son illərdə həyata keçirilən islahatlar məhz belə islahatlar kimi tarixləşib. Azərbaycan Ordusunda islahatlar - mahiyyətli strateji yeniləşmələr həmişə tarixi zərurət kimi təzahür edib və ordu quruculuğu prosesinin tərkib hissəsi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu prosesi məhz buna görə bu səviyyədə dönməzləşib - güclü, qüdrətli ordumuz var.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib: “Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim uğurlarımız siyasi uğurlarla tamamlanır”. Bu fikirlər sonrakı illərdə ordu quruculuğu prosesinin mahiyyətini müəyyənləşdirdi. Müharibə şəraitində Azərbaycanda ordu quruculuğu həmişə dövlət üçün prioritet olub. İndi Vətən müharibəsindən sonra işğalı sonlandıran qalib ordu kimi prioritetdir...

Elmi, hərbi-elmi nəzəriyyələr təsdiqləyir ki, xarakterindən asılı olmayaraq, istənilən müharibədə qazanılan qələbəni şərtləndirən amillərdən ən başlıcası xalqla ordunun yekdilliyi, sərkərdəlik məharəti, ordunun döyüş hazırlığının yüksəldilməsinə yönəldilməklə vaxtında aparılan zəruri islahatlardır. Müharibələr tarixi göstərir ki, dövlət, dövlətçilik üçün, bu baxımdan ordu quruculuğu üçün gərəkli islahatlar müharibədən sonra gerçəkləşdirilir. Belə islahatlar dövlətimizin başçısının zəruri bildiyi sahələri əhatə edir.

- Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu hərbi tezisə görə Azərbaycanda da ordu quruculuğunu əhatə edən islahatlar aparılacaqdı. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın ədalətli müharibəyə başlaması tarixi zərurət idi. Danışıqlardan yayınan, regionda mövcud status-kvonu saxlamağa çalışan Ermənistanın silahlı birləşmələri istər işğal etdiyi ərazilərdən, istərsə də dövlət sərhədlərindən müxtəlif səviyyəli təxribatlar törədir, həmlələr, hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bunların qarşısını qətiyyətlə alırdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatına, ədalətli müharibəyə - Vətən müharibəsinə başlayan ordumuz düşmənin işğal dövründə yaratdığı, təkmilləşdirdiyi, yeniləşdirdiyi çoxpilləli müdafiə sədlərini qısa müddətdə darmadağın etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Vətən müharibəsində Zəfər qazanıldı. Bu Zəfərin Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına görə hərbi əhəmiyyəti, Azərbaycan Ordusunun gücünün, qüdrətinin etiraf edilməsinə görə böyük siyasi əhəmiyyəti oldu. Bu Zəfər həm də ordu quruculuğunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zəruri bildiyi islahatların aparılmasına zəmin yaratdı. İlk belə islahatla Komando hərbi hissəsi yaradıldı. Sonrakı islahat bilavasitə hərbi təhsili əhatə etdi.

- Bu islahatın mahiyyəti əvvəlki islahatlardan fərqlidir?

- Bəli. Bu islahat tarixi islahatdır, obrazlı şəkildə desək, tarixin islahatıdır. Dediyiniz fərq islahatın tətbiq sahəsi ilə bağlıdır. Yəni, bu islahat hərbi təhsil sistemini əhatə etməklə əsaslı dəyişikliklər islahatıdır. Bu islahatın mahiyyətində hərbi təfəkkürün formalaşdırılması niyyəti dayanır və Müdafiə Nazirliyinin strukturlarına daxil olan xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, koordinasiyası, Türkiyənin və inkişaf etmiş ölkələrin hərbi təhsil sisteminə inteqrasiyası baxımından son dərəcədə gərəklidir. Bu islahat Azərbaycanda hərbi təhsil sisteminin daha dinamik səviyyədə, daha mütərəqqi üsul və vasitələrlə, dünyəvi təcrübələrə əsaslanılmaqla inkişafını təmin edəcək. Bu inkişafın dialektikası hərbi-elmi təfəkkürün formalaşmasını, intellektual səviyyənin genişlənməsini əhatələyəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.

- Xüsusi təyinatlı təhsil müəssisələrində hərbçi kadrlar hazırlanırdı, Silahlı Qüvvələrin Hərbi Akademiyasında zabitlər akademik hərbi təhsil alırdı.

- Belə təhsil sistemi müasir ordu quruculuğunun inkişaf səviyyəsi ilə müqayisədə müasir yanaşma tələb edir. Hərbçi kadr, hərbçi elmi-pedaqoji kadr islahatları mahiyyət baxımından fərqlidir. Bu islahat bu fərqin təhsil sisteminə təsirinin qarşısını alacaq. Zabit kadrları hazırlığının səviyyəsini artırmaq üçün yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması zərurəti hərbi təhsil sisteminin bu formatda təkmilləşməsi ilə nəticələndi. Bu islahat elmi və elmi-pedaqoji kadrların praktik fəaliyyətində elmi yanaşma bacarığını formalaşdıracaq. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsində və ordu quruculuğunun daha gərəkli səviyyədə təkmilləşməsində Milli Müdafiə Universitetinin də xidmətləri olacaq. Belə ki, fəaliyyət nəticəsində əldə edilən elmi nəticələr bilavasitə hərbi təhsilə və ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəldiləcək. Milli Müdafiə Universitetində dövlət orqanlarında işləyən vəzifəli şəxslərə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi də nəzərdə tutulur. Bu, dövlətçilik üçün olduqca vacib bir məsələdir və təkcə erudisiyanın genişləndirilməsi niyyəti ilə məhdudlaşmır, onlara dövlətçilik üçün gərəkli olan idarəetmə səriştəsi, bu səriştə üçün gərəkli olan elmi, elmi-təcrübi biliklər də aşılanacaq. Belə hərbi təhsil sisteminin Azərbaycan Respublikasının təhsil və elm haqqında qanunlarına uyğun olaraq, həmçinin Türkiyə Respublikasının, eləcə də inkişaf etmiş digər ölkələrin hərbi təhsil sisteminə uyğun yenidən qurulması deməkdir. Yəni, bu islahatın başlıca mahiyyəti dünyəvi hərbi təhsil sisteminə inteqrasiya deməkdir. Bunlar milli maraqlar, milli-mənəvi dəyərlər sistemi kimi amillər də nəzərə alınmaqla həyata keçiriləcək. Müəyyən mənada Azərbaycanın özünün azərbaycançılıq ideologiyası əsasında formalaşan Milli Müdafiə Universiteti olacaq.

Milli Müdafiə Universitetinin, bu universitet sistemində fəaliyyət göstərəcək. Hərbi Elmi-Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun nizamnamələri hazırlananda bunlar nəzərə alınıb. Universitet, institutlar, liseylər də milli-mənəvi dəyərləri hərbçi məsuliyyəti ilə yaşatmaqla fəaliyyət göstərəcək.

- İslahatlar nəticəsində yaradılan yeni təhsil sisteminə hansı xüsusi təyinatlı təhsil müəssisələri daxildir?

- Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Milli Müdafiə Universitetinin, Hərbi Elmi-Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun və Heydər Əliyev adına Hərbi İnstitutun nizamnamələri təsdiq edilib.

- Milli Müdafiə Universitetinin necə fəaliyyət göstərəcəyini də bilmək istərdik. Mümkünsə, bu barədə məlumat verərdiniz?

- Milli Müdafiə Universiteti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək, tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlayacaq və qoşun növlərində xidmət edən zabitlərin qarşılıqlı əlaqə mexanizmini, komandir və qərargah zabitləri hazırlığında idarəetmənin mexanizmini təkmilləşdirəcək. Milli Müdafiə Universiteti şəbəkəsində həm də tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramları da həyata keçiriləcək. Bunlardan başqa, Milli Müdafiə Universitetində hərbi yönümlü fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar da yerinə yetiriləcək.

- Əlavə təhsil proqramı haqqında məlumat verməyinizi xahiş edirəm.

- Bu proqram səviyyəsindən asılı olaraq briqada komandirlərinin və onların müavinlərinin, tabor komandirlərinin və onların müavinlərinin, müxtəlif səviyyədə ixtisaslar üzrə xidmət rəislərinin və s. hazırlanmasını, eləcə də təkmilləşmə kurslarını əhatə edir.

- Hərbi Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti necə müəyyənləşdirilir?

- Hərbi Elmi-Tədqiqat İnstitutu hərbi yönümlü fundamental və tətbiqi elmlər üzrə aktual problemlərlə məşğul olacaq, qeyd etdiyim kimi, elmi və elmi-pedaqoji kadr hazırlığı tapşırıqlarını icra edəcək. Bunlarla bir sırada Müdafiə Nazirliyinin marağı əsasında xüsusi tapşırıqları da yerinə yetirəcəkdir. Göründüyü kimi, bu institutda hərbi elmi problemlərin həlli istiqamətləri üzrə tədqiqatlar aparılacaq.

Təbii ki, bu hazırlıq elmi, hərbi-elmi biliklərin mənimsədilməsini, elmi yeniliklərin hərbi xidmətə tətbiqi imkanlarının araşdırılmasını, sistemləşdirilməsini müəyyənləşdirmək baxımından gərəkli (və zəruri) tədris vəzifələrini yerinə yetirəcək. Bunlar yaxın gələcəkdə Müdafiə Nazirliyinin strukturunda olan xüsusi təyinatlı təhsil müəssisələrinin nüfuzunu yüksəldəcək. Həmçinin Azərbaycan Ordusunun maraqları çərçivəsində konseptual və doktrinal sənədlərin hazırlanmasını həyata keçirəcək. Bu nüfuzun Azərbaycanın sərhədlərini aşacağına əminik. Vətən müharibəsində Qələbə həm də hərb elminin inkişafının perspektivlərini öyrətdi və Mülki Müdafiə Universitetinin fəaliyyətində bu perspektiv nəzərə alınacaq.

- Milli Müdafiə Universitetinin fəaliyyət mexanizmi haqqında nə deyə bilərsiniz?

- Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətində fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında bir neçə səviyyədə təhsil əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması başlıca fəaliyyət prinsipidir. Əminik ki, bu təhsil islahatı millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin dialektik vəhdətinin təmin edilməsi əsasında inkişafa və dünyəvi təhsil sisteminə inteqrasiyaya əsaslı, dayanıqlı nümunə olacaq...

Mahiyyət baxımından hərbi təhsil sistemində islahatlar xüsusi təyinatlı elm və təhsil müəssisələrində tədris materiallarının gərəkli elmi biliklərlə zənginləşdirilməsinə, hərbi təhsilin təkmilləşdirilməsinə yönəldilir ki, bu da şəxsi heyətin, deməli, ordunun döyüş hazırlığının artırılmasında müstəsna əhəmiyyətə malik olur, islahatın mahiyyəti ictimailəşdirilir. Bu məqam hər bir hərbi qulluqçunu islahatın həm təbliğatçısı edir, həm də icraçısı. Milli Müdafiə Universitetinin strukturlarına daxil olan institutlarda, xüsusi təyinatlı təhsil müəssisələrində xidmət edəcək hərbi qulluqçuların, elmi kadrların, işləyəcək mülki işçilərin dövlətin bu etimadını əsl vətəndaşlıq sevgisi ilə doğruldacağına əminik...

Bu islahatda ulu öndər Heydər Əliyevin “Bizim ölkənin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” kəlamının da işığı görünür. Bu islahat ordumuzun gücünün, qüdrətinin yüksəlməsi baxımından əhəmiyyətli olacaq.

- Cənab general-leytenant, gərəkli və maraqlı müsahibəyə görə sağ olun.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər

Nazirlik: 70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

SOCAR istiqrazlarının 2-ci buraxılışı üzrə son faiz ödənişi edilib

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb

Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib

İnklüziv incəsənət təbiətə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir

Şərq memarlığının incisi – Şəki Xan Sarayı

Almaniyada baş verən kütləvi etirazlar Avropanın sosial rifah modelindəki dərin böhranın göstəricisidir - ŞƏRH

BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub

“İrəvan qazılığının tarixi” kitabı təqdim olunub

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Petro Romanov: Müharibədən sonra Azərbaycan şirkətləri Ukraynanın energetika infrastrukturunun bərpasında iştirak edə bilər

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

Ağciyər damarlarındakı laxtanın çıxarılması ölüm riskini azalda bilər - Yeni araşdırma

Bəxtiyar Nəcəfov: “İrəvan Qazılığının tarixi” kitabı bölgənin dini və ictimai həyatında qazılığın rolunu əks etdirir

AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

Fransada inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək göstəriciyə çatıb

Əziz Ələkbərli: “İrəvan Qazılığının tarixi” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir

Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub

Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Avropada dərinləşən sosial-siyasi problemlər hökumətlərin idarəetmə qabiliyyətini sual altına qoyur – ŞƏRH

Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Hər il Azərbaycanda 12-15 kilometr istilik xəttinin dəyişdirilməsi planlaşdırılır

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib

Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur

Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb

Qırğızıstan kömür ixracını məhdudlaşdırmaq niyyətindədir

Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq

Ağdam Sənaye Parkından dünya bazarına doğru

Samuxda vətəndaşların müraciətləri dinləniləcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı

“Bitcoin” kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir - qiymət 78 min dollara yüksəlib

“StatCounter”: Azərbaycanda “Android”in liderliyi davam edir, amma iOS-un payı da artır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır