HEYDƏR ƏLİYEV FONDU ŞAMAXIDA YENİ MƏKTƏBLƏR TİKDİRİR
Şamaxı Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda yeni təhsil ocaqlarının tikintisi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülür. Belə ki, fondun təşəbbüsü ilə şəhər internat orta məktəbi əsaslı təmir edilmiş, yeni avadanlıqla tam təchiz olunmuşdur. Qaleybuğurd kənd məktəbində də əsaslı təmir işləri aparılmış, buraya təzə avadanlıq, kompüter dəsti verilmişdir.
İkinci Cabanı kəndində fondun vəsaiti ilə inşa edilən yeni məktəb binası artıq istifadəyə tam hazırdır. Birinci Çaylı kəndində tikilən təhsil ocağında isə inşaat işləri sürətlə davam etdirilir.
Sakinlər, müəllim və şagird kollektivləri bütün bu xeyirxah işlərə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]