Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev ideyaları bu gün də uğurlarımıza bələdçilik etməkdədir

Bakı, 18 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil və qızılgül dəstələri düzüblər.

Sonra tədbir YAP Xətai rayon təşkilatının akt zalında Dövlət Himnimizin səsləndirilməsi, YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını bizə yaşadıb. “Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdığı zaman Azərbaycanda “Olum ya ölüm” dilemmasının yaşandığı dövr idi. Bu gün isə bizi o gündən artıq 29 il ayırır. Bu müddət ərzində biz gündən-günə inkişaf edən, bütün dünyada durmadan siyasi nüfuzunu və iqtisadi potensialını artıran güclü, qüdrətli Azərbaycanı müşahidə etmişik. Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan ən şanlı tarixini yaşayır. Heydər Əliyev irsi, ideyaları bizə müasir dövrdə də getdiyimiz yolda uğurla bələdçilik edir. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu ənənələrə sadiq qalaraq ölkəmizin və xalqımızın parlaq gələcəyinə özünün töhfələrini verir. Biz də partiya üzvləri olaraq bundan sonra da bütün Azərbaycan xalqı kimi, dəmir yumruğun ətrafında sıx birləşərək qüdrətli Azərbaycan naminə əlimizdən gələni edəcəyik”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Çağdaş tariximizin daha bir əlamətdar hadisəsi - 17 noyabr Milli Dirçəliş Günü münasibətilə də tədbir iştirakçılarını təbrik edən V.Rəhimzadə vurğulayıb ki, 17 noyabr tarixi həm də 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli Lider tərəfindən üçrəngli dövlət bayrağımızın rəsmi dövlət statusu alaraq dalğalandırıldığı gün kimi əlamətdardır. Bununla da Azərbaycanın müstəqilliyinin təməlinin qoyulması yolunda növbəti ən böyük addımlardan biri atıldı.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 1992-ci ildə məşhur “91-lər”in müraciəti və Ulu Öndərin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası şanlı tariximizin ən parlaq səhifələrindəndir. Partiyanın yaranma zərurətinin 1988-ci ildə ermənilərin azərbaycanlılara və Azərbaycana qarşı təcavüzünün artması, məşhur Topxana meşəsinin qırılması ilə başladığını diqqətə çatdıran R.Quluyev deyib: “Milyonlarla insanın bir araya gələrək haqlarını tələb etmələri, illərdir əsarətində olduqları imperiya rejiminə qarşı çıxmaları tarixdə misli görünməmiş bir hadisə idi. Ulu Öndər Naxçıvana gedib Ali Məclisin Sədri seçildikdən sonra məhz onun təşəbbüsü ilə qardaş Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsü açıldı, SSRİ məkanında ilk dəfə muxtar respublikada başqa bir bayraq qaldırıldı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra isə müasir Azərbaycanın təməli qoyuldu. 1994-cü ildə atəşkəsin elan olunmasından sonra “Əsrin müqaviləsi”nin imzalanması ilə hər kəs gündən-günə durmadan inkişaf edən Azərbaycanın şahidi oldu. Diplomatik sahədə uğurlar, artan iqtisadi güc, mükəmməl ordu quruculuğu işləri bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə davam etdirilir. Bunun məntiqi nəticəsi olaraq biz 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımıza qayıda bildik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində Vətən torpaqlarını əsl sahiblərinə qaytararaq düşmənin mənfur ayağını oradan kəsməyi bacardı. Bu səbəbdəndir ki, artıq bütün dünya Azərbaycanla hesablaşmağın gərəkliyini bilir və hər kəs anlayır ki, heç kim Azərbaycanla hədə-qorxu, güc dilində, diktə ilə danışa bilməz”.

R.Quluyev onu da qeyd edib ki, 50-yə yaxın qazisi, 64 şəhidi, 10-a yaxın Vətən Müharibəsi Qəhrəmanı olan Xətai rayonunda Azərbaycan Prezidentinin göstərişi ilə şəhid və qazi ailələrinə daim xüsusi diqqət və qayğı göstərilir. “Bu gün dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərdikləri yüksək səviyyəli diqqət bizim işimiz üçün də mayakdır. Onların fəaliyyəti bizə nümunədir”, - deyə Xətai Rayon İcra Hakimiyyətinin başçısı əlavə edib.

Tədbirdə çıxış edən, “91-lər”in və YAP İdarə Heyətini üzvü, Milli Məclisin deputatı Mixail Zabelin vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. “1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan cavab verdi. Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hərtərəfli inkişafı və müdafiəsini təmin etmək məqsədilə yaradılan partiyadır. Bu gün də bu ənənələr layiqincə davam etdirilir”, - deyə M.Zabelin vurğulayıb.

Çıxış edən akademik Vaqif Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını uğurla yerinə yetirib. O deyib: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinə tariximizin hansı mərhələsindən baxsaq ilk gündən qəbul etdiyi prinsiplərin dəyişməz olduğunu görərik. Bu prinsiplər hansılardır? Təbii ki, Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaq və sair. YAP ötən 29 ildə dəyişməz olan bu prinsiplərinə söykənərək məqsədlərinə uyğun fəaliyyət göstərib və uğurlar qazanıb”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, şəhid atası Əli Nur bu fikri davam etdirərək bildirib ki, son 18 ildə ölkəmizin Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində qazandığı uğurlar Ulu Öndərin bu müraciətini sonsuz rəğbətlə qarşılayan xalqımızın seçimində yanılmadığını təsdiqləyir. Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha təkmil şəkildə davam etdirilməkdədir.

“91-lər”in üzvü Ədalət Fərəcov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. “Başqa sözlə desək, o dövrdə zamanın tələbi xalqın istəyi ilə vəhdət təşkil edirdi. Partiyamızın yaradılmasında fəal iştirakları və təşəbbüsləri ilə tarixə “91-lər” kimi daxil olan ziyalılarımız ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edirdilər. Azərbaycanın gələcək taleyini düşünən həmin insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər”, - deyə Ə.Fərəcov əlavə edib.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, briqada komandiri, polkovnik Anar Mirzəyev deyib: “Ümummilli Lider ordu quruculuğu sahəsinə hər zaman xüsusi yer verərək bildirirdi ki, bizim öz milli hərbi məktəbimiz, hərbi kadrlarımız olmalıdır. Bu kadrlar gələcəkdə öz bilik və bacarıqlarını xüsusilə torpaqlarımızın düşmən tapdağından azad olunmasında istifadə etməlidirlər. Bunun nəticəsidir ki, Ümummilli Lider tərəfindən təməli qoyulmuş Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirmələri, kursantları, zabitləri bizim şanlı Qələbəmizdə xüsusi rol oynadılar. Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və müdrik siyasət Azərbaycan Ordusunun döyüş meydanında şanlı Qələbəsi ilə nəticələndi. Qələbəmiz xalqımızın haqqı, biz hərbi qulluqçuların isə borcu idi”.

Sonda Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Xətai rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi ilə bağlı orta məktəblər arasında keçirilən Şahmat turnirinin qalibləri Fəxri fərman və diplomlarla təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir