Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev müdrikliyi: Kommunist Partiyası ləğv edilməli, Azərbaycan müstəqil olmalıdır

Heydər Əliyev müdrikliyi: Kommunist Partiyası ləğv edilməli, Azərbaycan müstəqil olmalıdır

Bakı, 12 dekabr, AZƏRTAC

2023-cü il mayın 10-da müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu gün uşaqdan-böyüyə qədər hər kəsə məlumdur ki, hazırda Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasının, müstəqillik yolunda inamla irəliləməsinin, xalqımızın firavan, təhlükəsiz yaşamasının və respublikamızın dünyada sabit ölkə kimi tanınmasının özülü Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bir-birindən yaddaqalan günlərin xalqımıza nəsib olması üçün ulu öndər ömrünün qalan hissəsini də Azərbaycana həsr etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

Ulu Öndərin müstəqilliyini yenicə qazanmış Azərbaycanı parçalanmaqdan xilas edərək zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və müstəqilliyimizi əbədiyyətə çevirməsindən söhbət açan Ə.Bədəlov deyib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz qüdrətli şəxsiyyətin müdrikliyi, siyasi uzaqğörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi sayəsində qədəm qoymuşdur. Siyasi şərhçi vurğulayıb ki, görkəmli dövlət xadimi Moskvada rahat yaşaya bilərdi. Ancaq o, sakitliyi, rahatlığı, təmtəraqlı yaşayışı deyil, daim xalqının, millətinin, Vətəninin taleyini düşünürdü: “Xatırladım ki, bu gün də ataların, anaların, bacıların, qardaşların sinəsinə sağalmaz yara vurmuş 1990-cı il 20 Yanvar qətliamını dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqda Ulu Öndər Heydər Əliyev özündə cəsarət tapdı. Azərbaycanın ovaxtkı rəhbərliyi bütün bəhanələrlə hadisələrin əsl mahiyyətini xalqdan gizlədir, bu qətliamın törədilməsində günahı xalqımızın üstünə atmaq istəyirdi. Lakin o vaxt Moskvada keçmiş SSRİ rəhbərliyinin ciddi nəzarəti altında yaşayan Heydər Əliyev qətliamdan bir gün sonra həyatını riskə ataraq ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və dünya ictimaiyyətini törədilmiş qətliam barəsində məlumatlandırdı. Mətbuat konfransından sonra sovet rejiminin öz xalqına qarşı törətdiyi dəhşətli qətliam barədə əsl həqiqət ildırım sürəti ilə dünya ictimaiyyətinə yayıldı. Ulu Öndər cəsarətlə, qorxmadan, çəkinmədən faciənin törədilməsinin səbəbləri, təşkilatçıları və icraçıları haqqında da məlumat vermişdi. Söz yox ki, Heydər Əliyev bu mətbuat konfransından sonra onu Kremldə nələrin gözləyəcəyini yaxşı bilirdi. Bütün bunlara baxmayaraq, reallıqları dünya ictimaiyyətinə çatdırmışdı”.

Siyasi şərhçi deyib ki, ürəyi daim milləti ilə döyünən Heydər Əliyev doğma Vətəninə qayıtmaq istəyirdi. Lakin Kremlin rəhbərliyi Azərbaycandakı əlaltıları ilə birlikdə buna mane olmağa çalışırdı. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndər 1990-cı ildə Azərbaycana gəldi. Lakin hakimiyyəti əlində saxlamaq istəyənlər min bir fitnə-fəsadla ona mane olur, Bakıda yaşamasına süni əngəllər yaratmağa çalışırdılar. Ona görə də Ulu Öndər Naxçıvana üz tutdu. Naxçıvanlılar qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Ulu Öndərin 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, sonsuz məhəbbət və hərarətlə qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar onun ətrafında sıx birləşdilər. Ovaxtkı iqtidar, Heydər Əliyevi istəməyənlər Ulu Öndərin ağır xəstə olması barədə şayiələr yayır, onun yataqdan qalxa bilməməsi barədə rəy formalaşdırmaq istəyirdi. Ziyalıların, tanınmış ictimai-siyasi xadimlərin Naxçıvana gedib onunla görüşməsinə imkan vermirdilər.

Ə.Bədəlov o günləri belə xatırlayıb: “O vaxt Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin orqanı olan “Dönüş” qəzetində işləyirdim. Bir gün redaksiyada yığışıb qərara aldıq ki, bir nəfəri Naxçıvana ezam edək və şəxsən Heydər Əliyevlə görüşüb ondan müsahibə alsın. Həmin müsahibəni qəzetdə dərc edək. Bu barədə fikrimizi mərhum baş redaktor Zəbulla İmanova bildirdik. O, tərəddüd etmədən razılıq verdi. Dedi ki, müsahibə alınsa, qəzetdə dərc olunana qədər heç kimə bu barədə məlumat verməyin. Elə də oldu. Əməkdaşlarımızdan biri Naxçıvana ezam olundu və çətinliklə də olsa, Heydər Əliyevlə görüşüb müsahibə aldı. Ulu Öndər o vaxt demişdi ki, bu müsahibə qəzetdə dərc ediləndən sonra sizə təzyiqlər olacaq. Bəlkə müsahibəni dayandırasınız. Biz bütün çətinlikləri qabaqcadan fikirləşmişdik. Ona görə də müsahibə “Dönüş” qəzetinin 1990-cı il 21, 23 və 25 avqust tarixli nömrələrində dərc olundu. Həmin nömrələrin birində qəzetin səhifə növbətçisi mən olmuşam. Müsahibədəki bəzi fikirləri diqqətə çatdırmaq istəyirəm. Heydər Əliyev hələ Kommunist Partiyasının hakimiyyətdə olduğu dövrdə müsahibəsində demişdi ki, Azərbaycanda Leninin heykəllərinin hamısı yığışdırılmalıdır, Kommunist Partiyası ləğv edilməlidir, Azərbaycan müstəqil olmalıdır.

Müsahibə dərc olunandan bir neçə gün sonra Azərbaycan KP MK-nın ideoloji katibi və bir neçə məsul işçisi Saatlıya gəldi. Bizə, xüsusilə də baş redaktor Zəbulla İmanova ciddi təzyiqlər oldu. Xatırladım ki, buna qədər bir dəfə də Azərbaycan KP MK-nın məsul işçiləri “Dönüş” qəzetində dərc olunan kəskin tənqidi məqaləyə görə Saatlıya səfər edərək əməkdaşlarımıza hədə-qorxu gəlmiş və onları günlərlə nəzarət altında saxlatdırmışdılar. 1990-cı il 20 Yanvar hadisələrindən iki gün sonra “Dönüş” qəzetində dərc olunmuş baş məqalədə bu qətliamın təşkilatçısının Mixail Qorbaçov olduğunu yazmışdıq. Məqalədə “1989-cu ildə Tbilisidə əlləri günahsız insanların qanına batmış Mixail Qorbaçov öz çirkin niyyətlərini bu dəfə xalqımıza qarşı yönəltmişdi” ifadəsinə görə günlərlə təzyiqlərə məruz qalmışdıq. Ulu Öndər Heydər Əliyevlə müsahibədən sonra da eyni adamlar, eyni təzyiq formaları. O vaxt Mərkəzi Komitədən gələnlər israrla bizi kimin istiqamətləndirdiyini, kimin göstərişi ilə Naxçıvanda yaşayan Heydər Əliyevdən müsahibə almağımızı, müsahibədə Heydər Əliyevin sağlam və gümrah, hər səhər idmanla məşğul olduğunu yazmağımızı öyrənmək istəyirdilər. Təbii ki, yalandan kiminsə adını verə bilməzdik. Bütün bunların öz təşəbbüsümüzlə olduğunu bildirdik. Sorğu-suallar, tək-tək dindirmələr bir neçə gün davam etdi. İstədiklərini ala bilmədilər. Bir müddət sonra isə redaksiyamızın binası yandırıldı. Həmin qəzeti tamamilə məhv etmək istəyirdilər. Ancaq mən həmin nömrələrdən 15 nüsxə gizlətmişdim. Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gələnə qədər bizi rahat buraxmadılar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO