HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev muzeyin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu. Bildirildi ki, 2007-ci ilin may ayında tikintisinə başlanılmış muzey hazır olduqdan sonra, avqustun 1-dən Mədəniyyət və Turizm Nazirliyində qeydiyyata alınmışdır.
Ekspozisiya salonunda ulu öndərin həyatının müxtəlif mərhələlərini - uşaqlıq, gənclik dövrünü, müxtəlif vəzifələrdə çalışdığı, respublikaya rəhbərlik etdiyi illəri, Prezident kimi səfərlərini, keçirdiyi görüşləri əks etdirən yüzlərlə fotoşəkil, eləcə də dahi şəxsiyyət haqqında yazılmış müxtəlif kitablar toplanmışdır. Burada ulu öndərin büstü də qoyulmuşdur. Binada kompyuter, iş otaqları, konfrans salonu da vardır. Uşaq və gənclər burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videofilmlərə də baxa biləcəklər.
######
![]() |
![]() |
![]() |


