HEYDƏR ƏLİYEV QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYACAQDIR
Mərasimi “Əli” SC-nin qocaman işçisi, keçmiş bakılı, Böyük Vətən müharibəsi veteranı, istefada olan polkovnik Semyon Meyerov açaraq, Heydər Əliyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı vermişdir. O bildirmişdir ki, bu, təkcə Azərbaycan üçün deyil, hamı üçün böyük itkidir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında xidmətləri misilsizdir. Azərbaycanın tərəqqisi onun fəaliyyəti ilə sıx bağlıdır.
Sonra ÜAK Xabarovsk şöbəsinin sədri, “Əli” SC baş direktorunun birinci müavini İmran Məmmədov bütün həyatı və fəaliyyəti respublikanın inkişafına və tərəqqisinə yönəlmiş dahi insanın ömür yolundan söz açmışdır.
Çıxış edənlərin hamısı Azərbaycanın görkəmli oğlunun və gözəl insanın əvəzsiz itkisindən ürək ağrısı və kədərlə danışmış, Heydər Əliyevin ölkəmizin iqtisadi və sosial tərəqqisinə misilsiz töhfələrindən, habelə onun şəxsi keyfiyyətlərindən böyük səmimiyyətlə bəhs etmişlər.
Matəm mərasimində mərhumun ruhuna dualar oxunmuşdur.
Allah rəhmət eləsin!