“HEYDƏR ƏLİYEV UNİVERSİTETİ”NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ
Naxçivan Dövlət Universitetində fəaliyyət göstərən “Heydər Əliyev Universiteti”nin növbəti, 40-cı məşğələsi keçirilmişdir.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü İsa Həbibbəyli məşğələni giriş sözü ilə açaraq, dörd bölmədən - “Heydər Əliyev lektoriyası”, “Heydər Əliyev kitabxanası”, “Heydər Əliyev videotekası”, “Heydər Əliyev muzeyi”ndən ibarət olan universitetin dövlətimizin başçısının həyat və fəaliyyətinin öyrənilməsi və təbliğindəki rolundan danışmışdır.
Bu dəfəki məşğələdə “Heydər Əliyev Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsinin təşkilatçısıdır” mövzusunda məruzə dinlənilmişdir.
İsa Həbibbəyli “Heydər Əliyev videotekası”na Prezidentin müxtəlif səviyyəli tədbirlərdə və görüşlərdə iştirakından bəhs edən 5 videokasset təqdim etmişdir.
Sonra məşğələ iştirakçıları 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi zamanı Strasburqda çəkilmiş videokassetə baxmışlar.