Heyn Vanhazebruk: “Qarabağ” ilə cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq
Bakı, 22 fevral, AZƏRTAC
Növbəti mərhələyə yüksəlmək istəyiriksə, zərbələr zamanı daha dəqiq olmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk fevralın 22-də təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda çərçivəyə dəqiq zərbələri olmayıb. Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı oynamalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa, onların qapıçısını işləməyə məcbur etməliyik.
Qeyd edək ki, "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıda keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]