Hicabların nümayiş olunduğu moda dəfiləsi VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Bakıda növbəti moda dəfiləsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu dəfəki dəfilədə qadın baş örtükləri - hicablar nümayiş olunub. Bu örtüklər modelyerlər Tünzalə və Türkan Məmmədzadələrə məxsusdur. Kolleksiyada 40-dək hicab təqdim edilib.
Müasir üslubda hazırlanmış hicabların üzərindəki əl işləri Türkan Məmmədzadəyə məxsus tikmələrdir. Bu əl işlərində modelyer eyni zamanda təbii boyalardan da istifadə edib.
Dəfilə, həmçinin “Art TAM” markasının tanıtımına həsr olunub. Markanın təsisçisi Tünzalə Məmmədzadədir. Bu marka altında modelyerlər tərəfindən hələlik hicablar hazırlanır. Gələcəkdə isə geyimlər də hazırlamaq nəzərdə tutulub.