HİNDİSTAN ABŞ-IN YARDIMINDAN İMTİNA ETMİŞDİR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərə görə, Hindistan hökuməti ABŞ-ın zəlzələdən zərər çəkənlərə yardım göstərmək təklifindən imtina etmişdir. Hindistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin dediyinə görə, ABŞ-ın müdafiə naziri Donald Ramsfeld həmkarı Pranab Muherciyə zəng edərək, Amerika hökumətinin Hindistanın zəlzələdən ziyan çəkmiş bölgələrinə yardım göstərmək niyyətini bildirmişdir. Muherci minnətdarlıq edərək demişdir ki, ölkədəki vəziyyət nəzarət altında olduğuna görə Vaşinqtonun köməyinə ehtiyac yoxdur. Hindistan naziri onu da bildirmişdir ki, onun ölkəsi öz daxilində təbii fəlakətin nəticələri ilə mübarizə aparmaqla yanaşı, Pakistana da yardım göstərməyə hazırdır. Belə ki, 25 ton xilasetmə materialı oktyabrın 14-də Pakistana çatdırılacaqdır.
Xatırladaq ki, Cənubi Asiyada baş vermiş güclü zəlzələ nəticəsində Kəşmirin Hindistan ərazisinə daxil olan hissəsində təxminən 1460 nəfər həlak olmuş, on minlərlə adam ev-eşiksiz qalmışdır. Hindistan hökuməti həmin bölgələrə 6,4 milyard rupi məbləğində (təxminən 142 milyon ABŞ dolları) maddi yardım göstəriləcəyini bəyan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]