Hindistan düyü tədarükünə məhdudiyyətlər qoyur
Bakı, 27 avqust, AZƏRTAC
Hindistan düyü tədarükünə əlavə məhdudiyyətlər qoymaq qərarına gəlib.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Hindistanın bu addımı qlobal taxıl tədarükünü daha da azalda bilər.
Məhdudiyyətlərin əsas səbəbi kimi Hindistanın ərzaq təhlükəsizliyi göstərilir.
Hindistan ən böyük düyü ixracatçısı olduğundan dünya bazarlarında bu məhsulun qiymətləri artmağa başlaya bilər.
“Bu addım sayəsində daxili qiymətlər aşağı düşəcək və bu, hökumətə ərzaq inflyasiyasını nəzarətdə saxlamağa kömək edəcək", - Hindistanın Düyü İxracatçıları Assosiasiyasının prezidenti Krişna Rao bildirib.
Hindistan səlahiyyətliləri əlavə etdi ki, yeni qaydadan əvvəl müqavilələri olan ixracatçılara şamil edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]