Hindistan-Pakistan hərbi gərginliyi Fransanın “Rafale” təyyarəsinin uğursuzluğunu nümayiş etdirib

Paris, 12 may, AZƏRTAC
Yeni Dehli və İslamabad arasındakı hərbi gərginlik fonunda fransız “Rafale” qırıcı təyyarələrinin istehsalçısı “Dassault Aviation” qrupunun səhmləri 3,3 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, Pakistan hərbi eskalasiyanın ilk günündə fransız “Rafale” qırıcı təyyarəsi də daxil olmaqla, Hindistanın bir neçə qırıcı təyyarəsini vurduğunu bildirdi. Pakistan rəsmiləri 3-ü “Rafale” təyyarəsi olmaqla, 5 Hindistan qırıcısının vurulduğunu elan etdi. Hindistan rəsmilərindən Pakistanın bəyanatlarına dərhal cavab verilmədi. Fransa kəşfiyyatının yüksəkrütbəli rəsmisi Pakistanın “Rafale” təyyarəsini vurduğunu təsdiqləyib və Fransa hakimiyyəti bir neçə oxşar təyyarənin vurulub-vurulmadığını araşdırır.
“Bu, birinci dəfədir ki, Fransa istehsalı olan mürəkkəb döyüş təyyarəsi döyüşdə itirilir", - deyə CNN qeyd edib.
Hindistan təyyarələrini vurduğu iddia edilən Pakistanın J-10C və JF-17 döyüş təyyarələrinin istehsalçısı olan Çinin “Chengdu Aircraft Corporation” (CAC) qrupunun səhmləri 30 faizdən çox artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [14:57]
Moldova XİN vətəndaşları İsrailə səfərdən çəkinməyə çağırıb
- 13.06.2025 [14:36]
İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb
- 13.06.2025 [14:21]
Qazaxıstan aviaşirkətləri İran və İraqın hava məkanından yan keçəcək
- 13.06.2025 [14:14]
Qazaxıstan nəqliyyat potensialını gücləndirir
- 13.06.2025 [14:06]
İsrailin zərbələri nəticəsində İranın nüvə alimləri də həlak olub
- 13.06.2025 [13:53]