Hindistanda COVID-19 xəstəxanasında baş verən yanğında 13 nəfər ölüb
Pekin, 23 aprel, AZƏRTAC
Hindistanın Maharaştra ştatında COVID-19 pasiyentlərinin müalicə aldığı xəstəxanada baş verən yanğında 13 nəfər ölüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 3:30-da Palqar rayonundakı 90-dan çox COVID-19 pasiyentinin olduğu özəl xəstəxananın reanimasiya şöbəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 2 saat sonra yanğını nəzarət altına ala biliblər. Bir neçə nəfərin də yaralandığı bildirilir. Yanğının havalandırma sistemindən başladığı güman olunur.
Xəstəxanadakı digər pasiyentlər başqa tibb ocaqlarına köçürülüblər.
Baş nazir Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]