HİNDİSTANIN CƏNUBUNDA 200-DƏN ÇOX MƏKTƏB BAĞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bi-Bi-Si-nin yaydığı məlumata görə, Hindistanın cənubundakı Tamilnad ştatında hakimiyyət orqanlarının əmri ilə 200-dən çox məktəb bağlanmışdır. Bu qərar Kumbakonam şəhərindəki “Şri-Krişna” məktəbində dəhşətli faciə ilə nəticələnmiş yanğınla əlaqədar qəbul edilmişdir.
Bağlanmış məktəblərdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə onların küləş döşənmiş damları odadavamlı materialla əvəz olunacaqdır.
Xatırladaq ki, bu günlərdə “Şri-Krişna” məktəbində baş vermiş yanğın zamanı 90-dək uşaq yanmış, onlarca şagird ağır yaralanmışdır. Onlar məktəbin binasından çıxa bilməmişlər, çünki küləş dam onların üstünə düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]