Hindistanın Racastan ştatında PUA qəzası baş verib
Bakı, 25 aprel, AZƏRTAC
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus PUA ölkənin qərbindəki Racastan ştatında qəzaya uğrayıb.
AZƏRTAC “İndia Today” saytına istinadla xəbər verir ki, qəza nəticəsində insan tələfatı və maddi zərər qeydə alınmayıb. Pilotsuz təyyarə ştatın paytaxtı Caypurdan təxminən 600 kilometr qərbdə təlim uçuşu zamanı yerə çırpılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, keçən ay Hindistan Hərbi Hava Qüvvələrinin “Tejas” təyyarəsi də təlim zamanı qəzaya uğramışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]