Hollandiya həndbolçuları “EYOF Bakı 2019”un ilk finalçısıdır
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Hollandiyanın qızlardan ibarət voleybol komandası XV Avropa Gənclər Yay Olimpiya Festivalının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, festivalın altıncı günündə həndbolçu qızların yarımfinal matçında Hollandiya millisi İsveçrəni 23:19 hesabı ilə məğlub edərək finala yüksəlib. Hollandiya seçməsinin rəqibi bu gün keçiriləcək Macarıstan-Fransa oyunundan sonra müəyyənləşəcək.
Həndbolçu qızların arasında 5-8-ci yerlər uğrunda görüşdə Azərbaycan millisi Rumıniya komandasına 22:35 hesabı ilə məğlub olub. Digər görüşdə isə Çexiya və İspaniya həndbolçuları üz-üzə gələcəklər.
Oğlanların final qarşılaşmasında Danimarka millisi Xorvatiya, Fransa seçməsi Almaniya ilə qarşılaşacaq. Festivalda 5-8-ci yerlər uğrunda görüşdə isə İslandiya-Azərbaycan və Serbiya-Sloveniya oyunları təşkil olunacaq.