HOLLANDİYADA “AZƏRBAYCAN GÜNÜ” ADLI TƏDBİR KEÇİRİLƏCƏKDİR
Azərbaycanın Belçikada və Lüksemburq hersoqluğundakı səfirliyinin birinci katibi, Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının fəxri prezidenti Fuad Hümbətov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, qurumun nəzdindəki “Ana vətən” cəmiyyəti tərəfindən oktyabrın 20-də Hollandiyanın Appeldorn şəhərində “Azərbaycan günü” adlı mədəni-kütləvi tədbir keçiriləcəkdir.
Tədbirdə Hollandiyadakı Azərbaycan diasporunun nümayəndələrindən rəssam Elman Əliyevin rəsm əsərləri nümayiş etdiriləcək, Elxan Rzayev və Faiz Hüseynovun ifalarında tanınmış Azərbaycan bəstəkarlarının mahnıları səslənəcək, hollandiyalı musiqiçi xanım Maria Van Velze Azərbaycan xalq mahnılarını ifa edəcək, “Ana vətən” qadınlar təşkilatının sədri Gülşən Kazımovanın müəllifi olduğu qısametrajlı film nümayiş olunacaqdır.
Maraqlı tədbirdə Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov və digər rəsmi şəxslər iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]