HOLLANDİYADA XOCALI FACİƏSİNDƏN BƏHS EDƏN MƏQALƏ ÇAP EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının informasiya dəstəyi ilə Hollandiyada nəşr olunan “Exponmo” jurnalında Xocalı soyqırımı barədə məqalə dərc edilmişdir.
Müəllif Belçikada yaşayan soydaşımız, jurnalist Elnaz Qəmbərova zəngin faktlardan istifadə etməklə Xocalı faciəsinin əsil mahiyyətini bu ölkənin oxucularına çatdırmışdır.
“Xocalı soyqırımı: günahsızlara cəza” adlı bu məqalədə, oxuculara ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin kökləri, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qarbaçovun ABŞ-a səfəri zamanı erməni diasporundan hədiyyə adı ilə aldığı rüşvət hesabına “Boyük Ermənistan” xülyasına göz yumması, cəzasızlıqdan ruhlanmış mənfur qoşunlarımızın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, insan qanına susamış erməni cəlladlarının bir gecədə Xocalı şəhərini yerlə-yeksan etməsi, dinc əhaliyə, qadınlara, uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilir.
Məqalədə faciə qurbanlarının, şahidlərin sənədli ifadələrinə geniş yer verilmiş, XX əsrin sonunda bəşəriyyət tarixinin qara səhifəsi - Xocalı soyqırımı barədə əsil həqiqətlər bədii və sənədli formada oxuculara təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]