Hondurasda silahlı basqın: 11 nəfər həlak olub
Bakı, 26 iyun, AZƏRTAC
Silahlı şəxslər Hondurasın Kortes vilayətinin Çoloma şəhərində bilyard salonuna basqın ediblər.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, atəş nəticəsində biri qadın olmaqla 11 nəfər ölüb, çoxlu sayda insanı yaralanıb.
Hadisə yerinə gələn polis dəstələri ərazini mühasirəyə alıblar. Yaralılar xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.
İyunun 20-də Hondurasın qadın həbsxanasında baş verən davada 46 qadın məhbus ölüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]